Yapon alimləri gələcəkdə dünyanın artan ət tələbatını ödəməkdən ötrü süni ət hazırlanması tədqiqatlarına başlayıblar. Tokio Universitetinin alimləri inəyin əzələ hüceyrələrindən istifadə etməklə
1 kvadrat santimetr ölçüsündə çəkilən qarışığın bir həftə ərzində böyüyərək bir porsiya “Süni steyk”ə çevrilməsinə nail olublar. Alimlər gələcəkdə süni ətin əsl ət dadını verməsi üçün yağ, qan və sümükdən istifadə etməyi planlaşdırıblar.