YAP QUBA RAYON TƏŞKİLATINDA TƏDBİR KEÇİRİLİB
Baxış sayı: 74
Bu gün Quba rayonunda Rayon İcra Hakimiyyətnin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri və YAP Quba rayon təşkilatının fəalları iştirak edib.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı və YAP Quba rayon təşkilatının sədri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub. Sonra isə YAP Quba rayon təşkilatında tədbir davam etdirilib.Tədbirdə çıxış edənlər vurğuladılar ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmiş, görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər və dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkəyə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr, YAP Quba rayon təşkilatının fəallarına fəxri fərmanlar təqdim edilib.