YAP QUBA RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI TƏŞVİQAT İŞLƏRİNİ YEKUNLAŞDIRIB.

382 YAP təmsilçisi 34 bələdiyyə qurumunda təmsil olunmaq üçün seçici etimadı qazanmağa çalışacaq.Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı sonuncu təbliğat yığıncağını keçirib.

Partiyanın Quba rayon təşkilatı hazırlıq işlərini necə yekunlaşdırıb.Sıradakı görüntümüzdən biləcəksiniz.Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı yekun təbliğat tədbirini keçirib.Bəşir Səfəroğlu adına Mədəniyyət evində qubalı seçicilərlə keçirilən görüşdə ölkəmizdə azad seçki mühitinin formalaşdırılmasından razılıqla söhbət açılıb.YAP Quba rayon təşkilatının sədri Yusif Abidov partiyanın ötən 27 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. Bildirib ki, YAP yarandığı gündən çox böyük uğurlara imza atmış, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin və milli həmrəyliyin yaranması, ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması,dinamik inkişafı və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə öz töhfəsini verib.Çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon Təşkilatı fəalları xüsusi vurğulayıblar ki, bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri də partiyanın təməl prinsipləridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir.Və bu siyasi xətt ətrafında birləşənlər sırasında 8460 qubalı fəal da var. Çıxışlarda xüsusi vurğulanıb ki, ötən seçkilərdə olduğu kimi bu dəfəki seçki də Qubada seçici fəallığı ilə keçiriləcək və seçicilər azad, sərbəst formada istədikləri namizədə səs verəcəklər. Qeyd edək ki, 23 dekabr bələdiyyə seçkiləri günü Quba rayonu üzrə 382 YAP təmsilçisi 34 bələdiyyə qurumunda təmsil olunmaq üçün seçici etimadı qazanmağa çalışacaq.