YANĞININ SÖNDÜRÜLMƏSİNƏ AMFİBİYA TƏYYARƏSİ CƏLB OLUNUB

Şabranda daha bir kənddə yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olunub Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. Bu barədə FHN-dən məlumat verilib. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Xatırladaq ki, bu gün səhər saatlarında Quba rayonunda da meşə sahəsində yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən bilgiyə əsasən ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülüb.