YANĞIN TƏHLÜKƏSİZLİYİNƏ ƏMƏL EDİLMƏLİDİR

Biçin dövründə - zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı, taxıl yığımı zamanı zəmilərin və kövşənliklərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına

ciddi əməl olunması çox vacib məsələdir.Bununla bağlı bütün zəruri tədbirlər həyata keçirilməli və yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Bu barədə Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılov xəbərdarlıq edib.O, bildirib ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması  tək yanğından mühafizə orqanları əməkdaşlarının deyil,  həm də aqrar sahədə çalışan hər kəsin vəzifəsidir.

Qurum rəsmisininin sözlərinə əsasən artıq yerli fermerlərin və təsərrüfat sahiblərinin taxıl sahələrinin və kövşənliklərin yanğından qorunması ilə bağlı təlimatlandırılması işləri başlanılıb.

DAİM-nin bitkiçilik sektorunun rəhbəri qeyd edir ki, Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməsin.  Qurum rəsmisi hər kəsi  kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunmasında fəal olmağa çağırıb.