YANILTMAC SAVAŞI YENİ MÖVSÜMDƏ HANSI YENİLİKLƏRLƏ GƏLİR?

Qafqaz tv - məktəblilərin nitq bacarıqlarının yüksəldilməsi üçün keçirdiyi "Yanıltmac savaşı"nın yeni mövsümünə başlaması üçün sayılı günlər qalıb. Yeni mövsümdə hansı yeniliklər olacaq?

Quba rayonunun 34 məktəbini əhatə edərək yayımlanan "Yanıltmac savaşı" yeni mövsümə hazırlaşır. Bu mövsümdə böyük dəyişiklərin olacağı gözlənilir. Sevindirici haldır ki, bu layihəyə Təhsil Nazirliyinin də xüsusi dəstəyi var .Bu dəstək nəticəsində artıq bu mövsümdən etibarən təkcə Quba rayonu deyil həm də Şimal bölgəsinin digər rayonlarının şagirdləri də bu layihədə iştirak etmək imkan qazanacaqlar.Qafqaz tv-də yayımlanan "Sorğu Çağı" verlişində Quba Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev öz növbəsində bu məsələyə aydınlıq gətirib. Onuda bildirək ki ,”Yanıltmac savaşı”nın əsas məqsədi şagirdlərdə nitq qabiliyyətinin yüksəldilməsinə, Azərbaycan folkloruna marağın artmasına dəstəkdir.