YALLILAR DÜNƏNDƏN BU GÜNƏ

Yallı və halay rəqsləri Azərbaycanın, xüsusilə də Naxçıvan Muxtar Respublikasının milli-mədəni sərvətlərinin şah əsəridir. Bu nadir rəqs janrları özündə təkcə Azərbaycanın deyil, eyni zamanda, böyük Türk dünyasının etnik-mədəni sisteminin təzahür etdirir. Yallılarımız bu gün də ölkəmizin müxtəlif bölgələrində sevə - sevə tutulur. Ancaq etiraf etməliyik ki, Naxçıvan MR – nın Şərur, Şahbuz və Kəngərli rayonlarında yallılara insanlar tərəfindən daha böyük maraq və sevgi var. Bu bölgələrdə, demək olar ki, uşaqdan böyüyə hamı yallını sevir və onu düzgün qaydada oynamağı bacarırlar.