XÜSUSİ KARANTİN REJİMİ UZADILDI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır.

Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır. Onu da qeyd edək ki, Aprelin 4-dən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir. Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.