XÜSUSİ KARANTİN MÜDDƏTİ YENİDƏN UZADILDI

Konfransın gedişində Nazirliyin mətbuat katibi İyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulmasını deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur. Sonradan isə uçuşların sayı artırılacaq. İbrahim Məmmədov həmçinin xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi məsələsinə də münasibət bildirib. Mətbuat konfransında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunub. Nazirlər Kabinetinin sözçüsü sərt karantin rejimində vətəndaşların ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə biləcəklərini də qeyd edib. Ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, ötən həftənin sonunda küçəyə çıxma qadağası ilə bağlı vətəndaşlar həmrəylik nümayiş etdiriblər; Ramin Bayramlı Salyan, Kürdəmir, Yevlax və İsmayıllının yoluxma səviyyəsinə görə narıncı zonaya aid edildiyini də qeyd edib. O, keçən həftə dializ xəstələrinin qəbulu ilə bağlı yaranan problemlərin də həll edildiyini bildirib: TƏBİB-in sədri Bakı şəhərində əvvəllər yoluxmanın 43-46 %, indi isə bu rəqəmin artaraq 50% üzərində olduğunu qeyd edib. Yas yerlərində tibbi maskadan istifadə edilməməsinin kütləvi yoluxmaya səbəb olduğunu açıqlayan Ramin Bayramlı Salyanda 12 nəfər qadının məhz bu zaman virusa yoluxduğunu bildirib. Ramin Bayramlı asimptomatik xəstələrin evdə müalicəsi barədə qərarın qəbul edilə biləcəyini də vurğulayıb. Artıq bununla bağlı xüsusi applikasiyalar, məlumatlandırıcı materiallar hazırlanıb. "Bir sıra dövlət qurumlarında çalışan işçilər arasında da koronavirusa yoluxanlar var". Çıxışı zamanı TƏBİB idarə heyətinin sədri bildirib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Prezident Administrasiyasında 19, o cümlədən İşlər İdarəsinin əməkdaşları arasında 14 nəfər, Fövqəladə Hallar Nazirliyində isə 5 nəfər koronavirusa yoluxub.