XUDAT ŞƏHƏRİNDƏ GÜCLÜ YANĞIN BAŞLAYIB
Baxış sayı: 563
Şabran və Qubadan sonra Xaçmazın Xudat şəhərində də güclü yanğın başlayıb.
Xaçmaz rayonunun Xudat şəhəri yaxınlağında meşə massivində güclü yanğın başlayıb. Yanğın Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivini əhatə edib. Təxminən ümumilikdə 30 hektara yaxın ərazi yanıb. Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti qoyulan postlar axşam saatlarında aradan qaldırılıb. Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib.
Meşə massivində baş verən yanğının yaxınlıqda olan yaşayış evləri və digər obyektlər üçün heçbir təhlükə yaratmayıb.
Yanğının söndürülməsi və soyudulması istiqamətində tədbirlər davam etdirilir.