Siyəzəndə keçirilən anım tədbiri rayon Mədəniyyət evində mövzusu Xocalı faciəsindən bəhs edən tamaşaya baxışla davam etdirilib.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi qətliamdan 28 il ötür.
Xocalı şəhidlərinin xatirəsini yad etmək, bu soyqırımın baiskarlarını lənətləmək və dünya birliyinin erməni vəhşiliklərinə hələ də biganə münasibətinə etiraz əlaməti olaraq Siyəzən rayon ictimaiyyəti Şəhidlər Xiyabanına yürüş edib. Siyəzəndə keçirilən anım tədbiri rayon Mədəniyyət evində mövzusu Xocalı faciəsindən bəhs edən tamaşaya baxışla davam etdirilib Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, idarə,nüəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Şəhidlər Xatirə Kompleksi önünə tər çiçəklər düzüb,şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.Siyəzənlər Xocalı faciəsinin dəhşətli statistikasını bir daha xatırlayıblar. Heç kim unutmur ki, Xocalı qırğınında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini erməni əsirliyinin dəhşətini yaşayıb. 150 nəfərin aqibəti indiyədək naməlumdur. Qırğın nəticəsində 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb. Siyəzəndə keçirilən anım tədbiri rayon Mədəniyyət evində mövzusu Xocalı faciəsindən bəhs edən tamaşaya baxışla davam etdirilib.Tamaşaçılara ədəbi-bədii formada bir daha xatırladıldı ki, Xocalı qətliamı Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoydu. Xocalını qoruya bilməməyimiz bütövlükdə Qarabağ müharibəsinə nə dərəcədə hazırlıqsız olduğumuzun bariz göstəricisi idi.Xocalı soyqırımının dünyaya bəyan edilməsində bu qətliamın törədilməsindən ötən ilk illərdə geciksək də,1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağıran müraciət edildi. Ötən dövrdə Xocalı gerçəyinin dünyaya tanıdılması, Ermənistanın sovet (Rusiya) hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar dərc olunub, sənədli filmlər çəkilərək yayılıb. Amma ötən 28 ilin tamamımda bir daha qeyd etməyə məcburuq ki, görülən bütün işlər hələ də azdır. Beynəlxalq birliyin Xocalı gerçəyinin miqyasından tam xəbərdar olması, bu qətliama beynəlxalq qiymət verilməsi üçün hələ çox iş görülməlidir.