Quba Rayon Qaraçay qəsəbə tam orta məktəbində Xocalı soyqırımının 28 illiyinə həsr olunan idman tədbiri keçirilib. Tədbirdə Quba Rayon Təhsil şöbəsinin metodisti Vüqar İmaməliyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Azərbaycan dövət himninin səsləndirilməsiylə başlanıb.Həmçinin Xocalı faciəsinin yaşandığı gecə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Qaraçay qəsəbə tam orta məktəbin direktoru Səlimə Nəzəfova sözünə, o gecə Xocalıda yaşananları xatırlayaraq başlayıb. 1992 –ci ildə fevralın 25- dən 26- na keçən gecə vəhşi erməni silahlı dəstləri və Xankəndi şəhərində yerləşdirilmiş SSRİ-nin 366-ci motatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Qanlı şaxtalı Fevral gecəsində nə qədər qız- gəlin əsir düşmüş, çoxsaylı insanımız əsir düşmüşdür. Yüzlərlə vətəndaşımız isə azğın eməni qəsbkarlarından qurtulmaq üçün, heç olmasa əsir düşməmək üçün əliyalın, ac-susuz vəziyyətdə meşələrə dağlara səpələnib. Bu əsl soyqırım idi. Bu bir xalqa, bir xalqın bir toplumuna qarşı,dininə, milliyətinə qarşı əsl soyqırım idi. Bütün dünyanın bütün cinayət qanunlarının irqindən, dinindən asılı olmayaraq heç bir bəşər övladıının qəbul edə bilməyəcəyi bir soyqırım. Daha sonra məktəblilərin ifasında Xocalıya həsr edilən kompozisiyalar səsləndirilib. Sözügedən məktəbin idman müəllimi Səlimcan Rizmanovun Xocalıya həsr etdiyi komandalar arası idman tədbiri, dörd komanda arasında baş tutub Yarışda uşaqların Böyük əzmkarlıqla ,cəsarətlə yarışmağı, sanki “Qarabağ bizimdir. Bizim qalacaq” mesajını verirdi. Dörd Komandanın yarışdığı yarışlarda “Cəsur” adlı komanda qalib gələrək Birincilik və Kubokla təltif olundular. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.