XOCALI RAYONU ƏRAZİSİNDƏ YENİ HƏRBİ HİSSƏNİN AÇILIŞI OLUB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təminatı məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş artilleriya hərbi hissəsinin açılışı olub.