XIX BEYNƏLXALQ GƏNCLƏR FORUMU

Səhiyyə, Gənclər və İdman nazirlikləri, eləcə də Səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən ictimai birliklərin birgə təşkilatçılığı ilə keçirlən 19-cu Beynəlxalq Gənclər Forumu avqustun

24-də Quba “Cənnət Bağı” istirahət mərkəzində öz işini davam etdirib. Azərbaycanda könüllü qan donorluğunun təbliğat və təşviqat işlərinə həsr olunan forumda 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Gənclər Komitəsinin rəhbər şəxsləri iştirak edib.

Qeyd edək ki, avqustun 21-dən 25-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin Birgə Təşkilatçılığı ilə gənclər üçün XIX Beynəlxalq Gənclər Forumu keçirilib. Forum çərçivəsində təlimlər, təbliğat məqsədli tədbirlər təşkil olunub.

Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirmək olub.