XAÇMAZDA “TƏMİZ HAVA“ AYLIĞI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən bilgiyə görə, texniki nasazlığı olan və atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb. Belə ki, saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub. Nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu sürücülərin diqqətinə çatdırılıb. Yol-patrul xidməti əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.