XAÇMAZDA ŞİMAL BÖLGƏSİNİN ƏN BÖYÜK ALIŞ –VERİŞ MƏRKƏZİ “ŞİMAL MALL” İSTİFADƏYƏ VERİLDİ

Bu gün Bölgənin ən böyük geyim mağazası olan Şimal mall –ın açılışı baş tutub.Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə, satışda olacaq məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.

Yeni mağaza alıcılara çox rahat və geniş məkan təqdim etməklə yanaşı, bol geyim və aksesuarlar, hədiyyə kuponları, endirimləri də özü ilə birlikdə gətirib. Burada müxtəlif çeşiddə, hər yaş qrupu üzrə geyimlər müştərilərin seçiminə təqdim olunur. Mağazada hər kəsin zövqünə uyğun çeşid-çeşid əsl türk geyimlərini ən uyğun qiymətlərlə tapa bilərsiniz Müştərilər bütün alış verişlərini nağd və ya kart sistemi ilə həyata keçirə bilər. Bu da son deyil ,Açılış münasibəti ilə 8 mart beynəlxalq qadınlar bayramı günü xanımlara özəl xüsusi endirim və hədiyyələrdən də yararlana bilərsiniz. Sözügedən mağaza rayonun Xaçmaz- Xudat yolunun giriş hissəsinin sağında yerləşir. Mağazanın açılışında məşhurlar da iştirak edib. Xaçmaz mall-in açılışı konsert proqramıyla yekunlaşıb.