XAÇMAZDA DƏNİZ SAHİLİ TULLANTILARDAN TƏMİZLƏNDİ

“Xəzər günü” ilə bağlı Xaçmazda aksiya təşkil edib. Sahil boyu ərazilər tullantılardan təmizlənib Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə 12 avqust "Xəzər günü" ilə əlaqədər Nabran çimərliyində təmizlik aksiyası təşkil edib. Ekoloji aksiya çərçivəsində Nabran qəsəbəsində yerləşən sahilyanı çimərlik əraziləri məişət tullantılarından təmizlənib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Fridovsi Əliyevdə təmizlik aksiyasında iştirak edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, insanın ətraf mühitə vurduğu zərər onun öz sağlamlığını təhlükəyə atır. Bu səbəbdən hər birimiz təmizliyə raiyət etməliyik. Nazir müavini Firdovsi Əliyev isə qeyd edib ki, təmizlik aksiyasının keçirilməsində əsas məqsəd dənizin çirkləndirmədən qorunması, bioloji ehtiyatların mühafizəsi, bərpası və davamlı istifadəsi sahəsində qüvvələrin səfərbər edilməsi eləcədə əhalinin maarifləndirilməsindən ibarətdir. Çimərlik mövsümündə belə tədbirin keçirilməsi yerli sakinlər və Nabrana gələn qonaqlar tərəfindən razılıqla qarşılanıb. Xatırladaq ki, 2006-cı il avqustun 12-də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust tarixi “Xəzər günü” kimi qeyd olunur.