Xaçmazda ağır yol qəzası baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Verilən bilgiyə görə, hərəkətdə olan VAZ-2107 və VAZ-2106 markalı iki minik avtomobili toqquşub. Qəzanın zərbəsi nəticəsində avtomobillərdə olan 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Təbibdən verilən bilgiyə əsasən 4-ü kişi, 5-i qadın olmaqla xəsarət alan 9 nəfər yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 2 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb. Digər xəsarət alan şəxslər instrumental müayinələrə cəlb olunub. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətiləri orta ağır qiymətləndirilir. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı müvafiq araşdırma aparılır
