XAÇMAZ SAKİNİ “KİÇİK ZOOPARK”INDA 150-DƏN ÇOX EKZOTİK QUŞ SAXLAYIR

 Ömər Hacıbalayevin sözlərinə görə 20 ildən çoxdur ki , öz həyətində ekzotik quşlar saxlayır. Bu quşları ölkənin müxtəlif rayonlarından və ölkə xaricindən gətirdiyini deyir. Sözügedən ailə ekzotik quşlar bəsləməklə yanaşı digər təsərrüfat sahələri ilə də məşğul olurlar.

Mal-qara saxlayır qoyunçuluqla və arıçılıqla məşğul olurlar.Hacıbalayevlar ailəsi kiçik və orta sahibkarlığa olan güzəştli kreditlərdən istifadə edərək həvəskar olaraq məşğul olduqları ekzotik quşların bəslənməsi işini gəlirli biznes sahəsinə çeviriblər. Ev sakini Rümayə Hacıbalayevanın dediyinə görə,sözügedən heyvanlara qulluq heçdə asan iş deyil,bu qayğı diqqət istəyir xüsusən də müxtəlif növdə olan ekzotik quşların qayğısına qalmaq olduqca çətin və bir o qədər də maraqlıdır.Ömər Hacıbalayevin saxladığı quşlar arasında ən qiymətlisi və diqqətçəkəni isə tovuzquşlarıdır.Həvəskar fermer təsərrüfatındakı quşların sayını artırmağı planlaşdırır. O, qarşıdakı illərdə “kiçik zoopark”ına dəvəquşları da daxil edəcəyini bildirir.