XARİCDƏ TƏHSİL ÜZRƏ MÜSAHİBƏLƏRƏ BAŞLANILIB
Baxış sayı: 444
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir. Qeyd edək ki, Proqram çərçivəsində sənəd qəbulu iyunun 6-da açıq elan edilmişdi. Sənəd qəbulu hazırda davam edir və son müraciət tarixi iyulun 15-i saat 23:59 müəyyən edilib.