Xankəndidəki qanunsuz rejimdə Laçında yeni sərhəd keçid məntəqəsinin
qurulması ilə əlaqədar təşviş güclənib.bu barədə erməni KİV vasitələri məlumat yayıb.KİV vasitələri dünən separatçıların lideri Araik Arutyunyanın rəhbərliyi altında keçirilən “təhlükəsizlik şurasının” qapalı iclasının detallarını yazıb. Məlumata görə, Arutyunyan separatçı “elitanın” nümayəndələrinə Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdüyünü və Volkovun ona baş verənlərlə bağlı Moskvadan cavab gözlədiklərini dediyini bildirib.Bundan başqa, Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının gözlənildiyini və bundan sonra Moskvanın rəsmi mövqeyinin ona çatdırılacağını söyləyib.Bununla belə, separatçı-terrorçu rejimin nümayəndələri hələ də İrəvandan cavab ala bilməyiblər. Qeyd edək ki, Araikin Xankəndidən qaçacağı haqda iddialar bir qədər əvvəl də Üstəlik, Arutyunyanın gələcək işgüzar fəaliyyəti də əvvəldən müzakirə edilib. Ona Ermənistanın regionlarından birinin qurbernatoru, ya da baş nazirin müşaviri vəzifəsi təklif olunub”.
{youtube}JsrLBXTci2M{/youtube}