XANKƏNDİDƏ BAYRAĞIMIZ BU GÜN QALDIRILA BİLƏR

Bu gün separatçı-terrorçu xunta rejimi özünü buraxdığını elan etdi.

Artıq Azərbaycanın tərkibində onillərdir yetişdirilən qarayara birdəfəlik kəslib atıldı. Ötən gün Xankəndi və ətrafında baş verə biləcək yanğınların qarşısını almaq üçün Fövqəladə Hallar

Nazirliyinin briqadaları Xankəndi şəhərində xidmətə başlayıblar. Artıq Xankəndi və ətrafında baş verən yanğınları da söndürdükləri haqda məlumatlar da adiləşməkdədir. Bir neçə saat bundan əvvəl separatçı-terrorçu rejimin daha bir lideri David Babayan sosial şəbəkələrin erməni seqmentində könüllü şəkildə izahat vermək üçün Şuşaya gedəcəyini elan edib. O bunu Azərbaycan tərəfinin tələbinə uyğun olaraq edəcəyini bildirib.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi əməkdaşlarının, o cümlədən Çevik Polis Qüvvələrinin Xankəndiyə daxil olduğunu əks etdirən görüntülər yayılıb. Siyasi ekspertlərin fikrincə, Xankəndidə bayrağımız bu gün qaldırıla bilər.