XAMENEİDƏN ZƏNGƏZURLA BAĞLI AÇIQLAMA

İranın dini rəhbəri Əli Xamenei Ermənistan Baş naziri Nikol Paşinyan və onu müşayiət edən heyəti qəbul edib.Bu barədə İran mediası bilgi yayıb. Görüşdə İranın viste-prezidenti

Məhəmmədrza Arif də iştirak edib. İranın dini lideri Paşinyanla görüş zamanı “Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır” ifadəsini işlədib. “İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”, - deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.