VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB

Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Quba və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulunu  keçirib. Qəbulda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavinləri, aparatın rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər. Qəbula yazılan çoxsaylı  vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti  elə yerindəcə öz həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri  Qubada həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan yol-infrastruktur layihələri barədə ətraflı məlumat verib. Onu da qeyd edək ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Alpan-Susay-Xınalıq yolunun əsaslı yenidənqurulması işlərinin gedişatı ilə də maraqlanıblar. Alpan kəndinin çıxışında Quruçay çayı üzərində inşa olunan körpüyə və Susay kəndinin çıxışından Xınalıq istiqamətindəki dağlıq ərazidə yol çəkilişinə baxış keçirilib. İşləri keyfiyyətli və nəzərdə tutulan vaxtda yekunlaşdırmaq üçün icraçılara tövsiyyə və tapşırıqlar verilib.