VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLİB

Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb. Şabrandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  sədri

Saleh Məmmədova Şabran və Siyəzən rayonlarından olan vətəndaşların müraciətləri əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, yerüstü piyada keçidlərinin qoyulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  sədri Saleh Məmmədov ötən ay Quba şəhərində Quba-Qusar rayonlarından olan vətəndaşların müraciətlərini dinləmişdi.Artıq həmin görüşdə vətəndaşların kəndlərarası yolların təmiri ilə bağlı müraciətləri nəzərə alınaraq icrasına başlanıb.