QUBADA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və

Təbii Sərvətlər naziri Muxtar Babayev 28 iyun 2019-cu il tarixində saat 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

28 iyun 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Xaçmaz rayonunda, nazir müavini Rauf Hacıyev isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Xaçmaz rayonunda Xudat şəhəri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında  və Siyəzən rayonunda isə Siyəzən meşəbəyliyinin inzibati binasında saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxlamaları  xahiş olunur.

L2HaXSyt9Vo