VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN ARTIRILMASI

Dövlət başçımız İlham Əliyevin tapşırığına əsasən Qubada da əhalinin sosial rifahının yaxşılaşdırılması, məmnunluğunun artırılması məqsədilə məmur-vətəndaş münasibətlərində doğmalıq,səmimilik və qarşılıqlı

hörmət prinsiplərinə xüsusi önəm verilir. Dövlət başçımızın məmurlar qarşısındakı əsas tələblərindən biri də vətəndaş məmnunluğunun artırılması yönümündəki fəaliyyətin genişləndirilməsidir. Qubada da əhalinin sosial rifahının yaxşılaşdırılması, məmnunluğunun artırılması məqsədilə məmur-vətəndaş münasibətlərində doğmalıq,səmimilik və qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verilir.Son dövrlər bu rayonun istər ucqar dağ kəndlərində keçirilən səyyar görüş-qəbullar,istərsə də yaşayış məhəllələrində vətəndaşlarla aparılan söhbətlər, əhalini narahat edən məsələlərlə yerində tanış olub həlli istiqamətində görülən tədbirlər təqdir edilir.Bu yönümdəki xidmətlərin nəticəsi olaraq vətəndaşların ali və yerli dövlət qurumlarına ünvanladığı təşəkkür məktubları qubalı məmurları fəaliyyətlərində daha məsul və fədakar fəaliyyətə ruhlandırır. Quba şəhər Ərdəbil küçəsinin xanım sakinlərinin mövcud yol problemi ilə bağlı müraciətlərinin təcili həllinə cavab olaraq özlərinin bişirdiyi şirniyyatlardan ibarət sovqatları Quba rayon İcra Hakimiyyətinə göndərməsi rayon rəhbərliyi tərəfindən xoş duyğularla qarşılanıb. Qeyd edək ki,dövlət başçımızın tapşırığına əsasən Qubada sosial məsələlərin həllində yerlərdə görüşlərin keçirilməsinə, vətəndaşların arzu və istəklərinin dinlənməsinə xüsusi önəm verilir.