VƏTƏN MÜHARİBƏSİNİN 19 YAŞLI ŞƏHİDİ
Baxış sayı: 511
Elməddin Abdullayev 2019-cu ildə yollanmışdı hərbi xidmətə. Torpaqlarımızın azadlığı uğrunda əks hücum əmri veriıəndə Elməddinin ordudan təxris olunmasına çox az qalmışdı. Amma əks hücum əmrinin verilməsinə və torpaqlarımızn azadlığı uğrunda Vətən Müharibəsinin başlanması onu məyus etmədi. Əksinə sevindirdi. Bunu şəhidin anım günü ilə bağlı Qubanın Qamqam kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə önündə çıxış edənlər, şəhid Elməddinin valıideynləri və doyüş dostu çıxışı zamanı dedi.
Şəhidin anım günü ilə bağlı keçirilən törən öncə şəhidn məzarı başında başladı. Azərbaycan ordusunun əsgəri Şəhid Elməddin Abdullayevin əziz xatirəsi yad edildikdən sonra ruhuna dualar oxundu, məzarı üstünə gül dəstələri düzüldü.
Anım tədbirində çıxış edən şəhid anaları onların alnı açıq, üzü ağ edən oğulları ilə qürur duyduqlarını dedilər.
Xatırladaq ki, Elməddin Telman oğlu Abdullayev 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb, sentyabrın 30-da Rustov kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.