VƏTƏN HƏSRƏTİ-TORPAQ BƏRƏKƏTİ

1955-ci ildə zəngin tarixə və bənzərsiz təbiətə malik olan Quba rayonunun səfalı güşələrindən II Nügədi kəndində doğulan Adəm Əhmədo, kənd həyatını sevən biridir. O,yaşamını kəndinə və məşğul olduğu sahələrə həsr edib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirən Adəm bəy 1978-ci ildən müəllimlik peşəsinə yiyələnib. 1999-cu ildə verilən pay torpaqlarında öz təsərüfatını qurur və elə bu illərdən torpaqla təması başlayir. Müəllimlik peşəsi ilə birgə təsərrüfat sahələrini inkişaf etdirərək, toxumçuluqla eləcə də, meyvəçiliklə də məşğul olub. Bu minvalla fermerlik peşəsini daha da mənimsəmək və bu sahədə yeni bilgilər axtarışında olan Adəm Əhmədov Amerikaya üz tutur. Bu ölkədə öyrəndikləri ona çox şey qazandırır. Lakin vətəndən ayrı qalması onu sıxır.O, doğma vətəni Azərbaycana dönür və əsasən toxumçuluqla bağlı öyrəndiklərini həmkarları ilə bölüşüb, öz sahəsində yeniliklər edir. Onun gözlərində təbiətə, torpağa böyük sevgi və hələdə yaşamağa,yaratmağa ümüdlərini hiss edilir. İnanırıq ki, Adəm Əhmədov bundan sonra da illərlə topladığı təcrübələrini özü kimi təbiəti sevən gələcək nəsillərə ötürəcək.