VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLİB
Baxış sayı: 32
Vergi Məcəlləsinə növbəti dəyişikliklər 1 yanvar 2026-ci il tarixindən qüvvəyə mındi. Yeni dəyişikliklər eyni zamanda, biznes mühiti və ekspertlərlə yanaşı geniş ictimaiyyətin də diqqət mərkəzindədir. Çünki dəyişikliklər həm əmək bazarına, həm kiçik və orta biznesə, həm xidmət və ticarət sektoruna, həm də investisiya mühitinə birbaşa təsir edəcək. Xatırladaq ki, bu günə kimi qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi, 7 il müddətinə gəlir vergisinin vergi tutma obyekti sayılmırdı. Artıq 2026-cı ilin 1 yanvar tarixindən etibarən bu şəxslərin əmək haqlarının 200 manatdan yuxarı olan hissəsindən gəlir vergisi tutulacaq.
