VENTİLYATOR QORXULU XƏSTƏLİKLƏRİN SƏBƏBKARIDIR?

Havalar qızdıqca sərinləmək üçün ventilyator və ya kondisionerdən istifadə edirik. Ancaq bəlkədə çoxumuz ventilyatorun altında yatmağın nə dərəcədə zərərli olduğundan bixəbərik. Böyük britaniyalı həkimlər ventilyatorun yanında və ya altında yatmağın sağlamlıq üçün niyə zərərli ola biləcəyini izah ediblər. Bir çox ölkədə tavanda ventilyatorlar hərlənir. Onun gətirdiyi sərinlik kondisionerdən gələn aqressiv soyuqdan daha rahat görünür. Ancaq bəzi insanlar üçün otaqda ventilyatorla yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər. Həkimlər deyirlər ki, ventilyatorun yanında yatanlarda astma tutması və quru öskürək, quru gözlər və qaşınma yarana bilər. Bu vəziyyətdə insan çox güman ki, yuxuya getməkdə də problem yaşayacaq. Bundan əlavə, ventilyatorun hava axını yuxuda olan insanın üzərinə düşürsə, bu zərərli ola bilər, çünki belə şəraitdə əzələ gərginliyi, kramplar və ağrılar üçün ilkin şərtlər yaranır. Dediklərimizdən belə nəticəyə gələ bilərsiz ki, biz sizə ümumiyyətlə ventilyatordan imtina etməyinizi tövsiyə edirik. Xeyir. Bu əsla belə deyil. Biz sizə ventilyatordan düzgün istifadə etməyin vacib olduğunu çatdırmaq istəyirik. Belə ki, gecə boyunca birbaşa bədənə yönələn hava axını bir çox xəstəliklərə səbəb ola bilər. Odur ki, yataq otağında ventilyator tamamilə yolverilməzdir.Daha sağlam yuxu üçün ventilyatoru ehtiyatla işlədin və mümkün olduqda alternativ üsullara üstünlük verin. Sərinlik vacibdir, amma bu sağlamlığınız bahasına olmamalıdır.