VAŞİNQTON GÖRÜŞÜNDƏ SÜLH SAZİŞİ BAĞLANACAQ?

Avqustun 7 və 8-də Azərbaycan və Ermənistan liderləri ikitərəfli və Donald Trampın iştirakı ilə üçtərəfli danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcəklər. Euronews xəbər verir ki, görüş iki ölkə arasında sülh sazişinin bağlanması ilə nəticələnə bilər. Analitiklərin qeyd edirlər ki, ABŞ-a səfər hər iki ölkənin getdikcə Kremldən uzaqlaşması və xarici siyasət istiqamətlərini Qərbə yönəltməsinə bir işarə ola bilər. Bu görüşün nəticələrindən asılı olaraq, ABŞ-ın qlobal münaqişələrin həllində aparıcı oyunçu kimi mövqeyini gücləndirəcəyi gözlənilir. Ekspertlərin fikrincə Bu görüşün çox mühüm geosiyasi və strateji əhəmiyyəti var. ABŞ uzun fasilədən sonra Cənubi Qafqazda fəal vasitəçi kimi geri qayıdır. Tramp bu prosesi həm regionda nüfuz qazanmaq, həm də daxili siyasi irsi formalaşdırmaq məqsədilə irəli aparır. Əgər tərəflər səmimi iradə nümayiş etdirsələr, Vaşinqton görüşü real sülh danışıqlarının başlanğıcı ola bilər.