UŞAQLI AİLƏLƏR ÜÇÜN ƏN YAXŞI TURİZM ÖLKƏLƏRİ
Baxış sayı: 429
Yunanıstan dünyada uşaqlı ailələr üçün ən yaxşı şəraitə malik ölkə olaraq tanınır. Bunu “Airport Parking Reservations” şirkətinin apardığı araşdırmanın nəticələri sübut edir. Reytinqdə ikinci yeri Türkiyə, üçüncü yeri isə Portuqaliya tutub. Digər məsələlərlə yanaşı, reytinq tərtib edilərkən iqlim, çimərliklərin vəziyyəti və yerli mətbəxin xüsusiyyətləri də nəzərə alınır. Ölkəmizin bu siyahıya düşməsi üçün ekspertlər nə düşünür ? Qeyd edək ki, tərtibatçılar reytinq cədvəlini tərtib edərkən həmçinin ölkənin təhlükəsizlik vəziyyətini və bu ölkədə uşaqlarla yaşamaq üçün lazımi şərait təklif edən hotellərin sayını da nəzərə alıblar.