UŞAQLARDA NİTQİN İNKİŞAFI

Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir. Bu sözləri Viqas Med psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Fidan Bağırova dedi. Mərkəz rəhbəri ilk olaraq valideynlərinə diqqətinə çatdırdı ki, uşaq dünyaya gələn gündən onun nitqində qüsurun olub-olmayacağını bilmək olar.Deffektoloq-logoped Fidan Bağırova valideynlərin diqqətinə çatdırdı ki, övladlarında ilk belə sorunları görən insanlar nervpotoloqa müraciət etməliderlər. Bundan sonra logoped və psixoloq nitq sorunları olan uşaqlarla işləyir. Səs tələffüz pozulmalarından danışan mərkəz rəhbəri vurğuladı ki, bəzi valideynlərin övladları ilə uşaqların danışdığı diksiyada danışması və övladlarının artıq infarmasiya ilə yükləmələri səbəb ola bilər.