UŞAQ OYUNLARININ TERAPIYADA QAZANDIRDIQLARI

Oyunlarının çoxunun yaranma tarixi miladdan öncəki çağlara söykənir. Məslən bəzi tarixi mənbələrdə Türk xalqlarının ortaq qədim oyunlarından biri olan aşıq-aşıq oyunu. Bu oyunun tarixi eramızdan əvvəl 8-xi əsri göstərir. Günümüzə qədər yaşadılan uşaq oyunlarının hər biri həm fiziki həm də, psixoloji və yaddaşın möhkəmləndirilməsi baxımından böyük önəm daşıyıb. Məsələn aşıq-aşıq oyunu uşaqları uşaq yaşlarından fiziki baxımdan yaxşı oxçu olmağa hazırlayırdısa, kötük güləşi fiziki gücü sınaqdan keçirmək üçün önəmli idisə, kəndirdartma oyunu birlik qurma bacarıqlarının artırılması üçün gərəkli oyunlardan sayılırdı və indi də sayılmaqdadı. Ekspertlərin fikrincə oyun oynamaq uşaqlarda özgüvəni artırır. Psixloloji konsultant Könül Məmmədovaın sözlərinə görə böyüklərdən fərqli olaraq uşaqlar oynadıqları oyunlarla çevrələrini öyrənir, özünü ifadə edə bilir, dostluq bağları qura bilirlər Uşaq oyunlarının terapeyada da yaralı olduğu psixoanaliz elminin banisi psixoterapevt Siqmund Freyd sınaqdan keçirib və oyun terapeyası termini də onun adı ilə bağlıdır. Psixoloq-konsultant Könül Məmmədovanın da bildirdiyi kimi oyun terapeyası zamanı oynanılan oyunların məqsədi adi oyunlardan fərqli olur Oyun terapeyasının faydaları haqqında danışan Psixoloq-konsultant bildidi ki, məqsəddən asılı olaraq fərqli oyunlar düşünülür. Könül Məmmədovanın sözlərinə görə nəinki uşaqlar bəzən yetkin insanların da oyun terapeyasına ehtiyacları olur. O, həmçinin vurğuladı ki, şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağılların, tapmaca və yanıltmacların da oyun terapeyası zamanı istifadə edilir. Beləliklə oyunlar sırasında digər uşaqların dil bacarıqları gəlişir, onların xəyalqurma bacarıqları zənginləşir, oyunlarda özünü müxtəlif rollarda sınaqdan keçirən uşaq gələcək yaşama hazırlanır.