UĞURA APARAN YOL MƏKTƏBDƏN BAŞLAYIR
Baxış sayı: 660
Biri təhsilini uğurla bitirib, həkim, biri polis, biri də iş adamı oomağı düşünür. Hələ onları qarşıda gözləyən 11 illik tədris ilində ürəklərində o qədər arzuları, istəkləri yaranacaq ki... Bu arzularını, qarşılarına qoyduqları məqsədlərə yetmək yolu isə bu gün qədədm qoyduqları məktəbdən, alacaqları biliklərdən keçir. Bunu onların özləri də, Quba rayonun Digah kəndinin və Bağbanlı qəsəbəsinin tam orta məktəbinin birinciləri də bilir.
Bir də onu yaxşı bilirlər ki, 15 sentyabr Bilik gününü köhnə sinif otaqlarında qarşılamaqlarına baxmayaraq qarşıdakı tədris illərini yaraşıqlı və yeni məktəb binasında təhsil alacaqlar. Bunu onlara ilk bilik günlərini təbrik etmək üçün gələn Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev də dedi. Quba rayon Digah kənd tam orta məktəbinin və rayonun Bağbanlı qəsəbə tam orta məktəbinin birinciləri ilə görüşən rayon rəhbəri onlara başladıqları tədris ilində uğurlar dilədi, birincilərin hər birinə hədiyyələr təqdim edildi.
İlk dərs saatlarını dövlət himnin səsləndirməklə başlayan birincilər vətənpərvərlik şerləri dedilər.
Birinciləri Bilik günü münasibətilə təbrik edən Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev tikintisi tamamlanmaq üzrə olan Digah kənd tam orta məktəbində və söküntü işləri tamamlanan Bağbanlı Qəsəbə məktəbində gedən işlərlə tanış olub.