Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konfrans keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar xanım Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Əli Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və qazilər, YAP Quba rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub,önünə gül dəstələri düzülüb.TədbirÜmummilli Liderin və Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra konfrans öz işinə başlayıb və H.Əliyevdən bəhs edən videoçarx nümayiş olunub. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tədbir iştirakçılarını salamlayaraq belə bir tədbirin keçirilməsinin rayonun ictimai həyatında önəmli hadisə olduğunu qeyd edib. Rayon rəhbəri Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunun zaman və məkan anlayışına sığmadığını, zaman keçdikcə bu dahi insanın adının Azərbaycan xalqının simvoluna, əməllərinin isə hünər rəmzinə çevriləcəyini vurğuladı.TədbirdəçıxışedənƏliHəsənovvurğulayıbki, 20 ilUluÖndərinrəhbərliyialtında çalışıb: "Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopub, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilib. HeydərƏliyevözfitriistedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük Azərbaycanlı olub".