UKRAYNANIN XARKOV ŞƏHƏRİNDƏ AZƏRBAYCAN ADINA DAHA BİR PARKIN VƏ ABİDƏ-KOMPOZİSİYANIN AÇILIŞI OLUB

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda yenidən qurulan “Filosoflar parkı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosofları azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunmuş abidə-kompozisiyanın açılışı olub. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəflinin maliyyə dəstəyi, Azərbaycan və Qazaxıstanın Ukraynadakı səfirliyi, Xarkov şəhər Meriyasının dəstəyi ilə ucaldılan abidə-kompozisiyanın müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanovdur.