UKRAYNA TAXILI DÜNYANI BÖHRANDAN XİLAS EDƏCƏK ?

Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış birgə kordinasiya mərkəzində işlər davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb. Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün kordinasiya davam edir. Bəs Ukrayna taxılını dünya üçün bu qədər vacib edən amil nədir ?