UKRAYNA SİLAHLI QÜVVƏLƏRİ KRIMAHÜCUM EDİB

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ilhaq etdiyi Krım yarımadasına  11 PUA ilə hücum edib. Bu barədə regionun başçısı Sergey Aksenov teleqramda bildirib. Onun

sözlərinə görə,PUA-ların hamısı göydə ikən zərərsizləşdirilib. Lakin buna baxmayaraq Cankoy rayonunda silah-sursat anbarına zərbə endirilib, həmçinin Kirov rayonunda şəxsi evə ziyan dəyib. “İlkin məlumata görə, xəsarət alan olmayıb”, - deyə o yazıb. Aksenov sakinləri sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.O əlavə edib ki, Cankoyda dəmir yolu, eləcə də Cankoy - Simferopol magistral yolunda hərəkət təhlükəsizlik məqsədilə bağlanıb. Habelə Rusiya Müdafiə Nazirliyi iddia edib ki, bazar ertəsi gecə Kiyev Krımdakı obyektlərə 17 PUA ilə hücum etməyə çalışıb.