Ukrayna ordusundan Ruslara ağır zərbə

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya qoşunlarının Liman, Baxmut,

Avdiv və Marin istiqamətlərində hücum planlarını növbəti dəfə pozub və manevrlərin həyata keçirilməsinə imkan verməyib.bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.Ümumilikdə, döyüş gününün nəticələrinə əsasən, Ukrayna ordusu cəbhənin müxtəlif ərazilərinə rusların 50-dən çox hücumunu dəf edib.Marin istiqamətində Ukrayna Silahlı Qüvvələri 15 hücumu dəf edib. Ruslar Severnı, Pervomaysk və Marin istiqamətlərində hücuma keçməyə cəhd ediblər. Əlavə olaraq, rusların Şaxtyor istiqamətindəki hücum cəhdləri də nəticəsiz başa çatıb.Bundan başqa, son sutka ərzində Ukrayna aviasiyası və raket qoşunları dağıdıcı qarşı tərəfin mövqelərinə dağıdıcı zərbələr endirib. Nəticədə rus ordusu çoxlu texnikasını və canlı qüvvəsini itirib.Baş Qərargahın məlumatına görə, ukraynalı pilotlar rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib. Zərbələr Rusiyanın 14 PUA-sını da sıradan çıxarıb.Ukraynanın raket və artilleriya qüvvələri Rusiyanın canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 2 ərazini vurub, 1 sursat anbarını, 1 müdafiə mövqeyini və 5 radiostansiyasını məhv edib.ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiya ordusunun hücumu ilə bağlı mühüm gəlişməyə diqqət çəkib. Amerikalı analitiklərə görə, Rusiyanın Marini nəzarət altına almaq cəhdləri tam zərərsizləşdirilib. Həmçinin, Baxmut və ətrafında artilleriya atəşinin sürəti bir qədər zəifləyib. Ümumilikdə, bütün Avdiv-Donetsk cəbhə xətti boyunca rus ordusunun hücum əməliyyatlarının tempi azalıb.

 

{youtube}SPWk0VOJMFE{/youtube}