UKRAYNA ORDUSU RUSLARA İMKAN VERMİR

Rusiya qüvvələri Baxmut və ətrafında quru hücumlarını davam etdirsələr də, son iki gündə heç bir irəliləyişə nail ola bilməyiblər. bu barədə ABŞ-ın Müharibə

Araşdırmaları İnstitutunun son hesabatında deyilir. Ukrayna ordusu Baxmutun şimal-qərbində rusların hücumlarının qarşısını alıb. bundan əlavə, Ukrayna hərbçiləri “Vaqner” bölmələrini geri çəkilməyə məcbur etmək üçün döyüşləri davam etdirirlər. Rusiyanın nizami qoşunları isə Baxmutun şimal-qərbində ukraynalılarla mövqe döyüşləri aparırlar.

Amerikalı analitiklər “Vaqner” lideri Yevgeni Priqojinə istinad edərək deyirlər ki, muzdlularının hədəfi Ukrayna qüvvələrini mümkün əks-hücumdan əvvəl Baxmutu tam ələ keçirməkdir. Çünki Baxmutun işğalı Rusiyanın Donetsk istiqamətində əməliyyat şəraitini dəyişməyəcək.

Müharibə Araşdırmaları İnstitutu Uqledardakı duruma da diqqət çəkir. Ruslar bir neçə gün əvvəl Uqledara ardıcıl irimiqyaslı hava zərbələri endiriblər. Ötən gün isə Rusiya qoşunlarının Novosilkada Ukrayna ordusunun müdafiəsini yarması və Uqledara hücum etməsi barədə məlumat yayılıb. Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, bu cəhdlərə baxmayaraq, Rusiya qüvvələri Uqledar istiqamətində uğurlu hücum üçün lazım olan döyüş gücünə malik deyil, xüsusən də Baxmut uğrunda döyüş gedərkən.