Ukrayna silahlı qüvvələri iyulun 4-ü səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə PUA larlahücum edib. Bu barədə şəhərin
meri Sergey Sobyanin açıqlama verib. O, deyib ki, itgi və dağıntı qeydə alınmayıb. Merin sözlərinə görə, hadisə aeroport yaxınlığında yerləşən hərbi bazada qeydə alınıb.Rusiya Müdafiə Nazirliyi isə bilgi yayıb ki, 4 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha 1 PUA elektron döyüş vasitəsi ilə sıradan çıxarılıb və Moskva vilayətinin Odintsovo rayonu ərazisinə düşüb.