UKRAYNA İRANA XƏBƏRDARLIQ ETDİ
Baxış sayı: 438
İranla diplomatik əlaqələrin kəsiməsi barədə qərar hər an qəbul oluna bilər. Bunu Ukraynanın Xarici İşlər naziri Dmıtro Kuleba deyib. Onun sözlərinə görə bu, Tehranın gələcək davranışlarından asılı olacaq. “Mən Prezident Volodimir Zelenskiyə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər” – deyə Nazir, İranın qırmızı xəttləri keçdiyini vurğulayıb. Kuleba əlavə edib ki, Ukrayna tarixən İrana heç bir pislik etməyib. Bu dövlət eyni zamanda Rusiyaya PUA – lar verir. Ukrayna XİN – nin rəhbəri həmçinin qeyd edib ki, İranda son günlər baş verən hadisələr, yəni ölkənin İsfahan şəhərinə edilən dron hücumları bu dövlətə siqnal olmalıdır. Ukraynanın Xarici İşlər naziri Dmıtro Kuleba onu da əlavə edib ki, “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də bunun mənfi nəticələri daha çoxdur”.