UKRAYNA BU ƏRAZİLƏRDƏN İMTİNA EDƏ BİLƏR?
Baxış sayı: 70
Rusiya və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara 17 fevraldan, yəni bu gündən başlayacaqları gözlənilir. Gözlənilən danışıqlar və ABŞ və Rusiya liderləri Tramp və Putinin görüşünə hazırlıq getdiyi məqamda erməni politoloq Vaan Babayan qəribə iddia ilə çıxış edib. O bildirib ki, yaxın bir neçə ay ərzində Ukrayna ərazisinin təxminən 30%-ni “rəsmən” itirəcək. “Bu qədər qurban, məhv olunmuş iqtisadiyyat… Bütün ssenari belə yazılmışdı. Putin və Tramp Ukraynanı parçalayacaq. Bu, qaranlıq xarici qüvvələrin əlində oyuncağa çevrilən dövlətlərin başına gələn ən yaxşı nümunədir. Zelenski isə qaçacaq - əgər yanındakılar izn versə”, - deyə Babayan qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə “NBC Nyus”a müsahibəsində bildirib ki, Ukraynanın NATO-ya üzv olacağı təqdirdə itirilmiş torpaqları danışıqlar yolu ilə qaytarmağa çalışacaq.