TƏYYARƏLƏRİN QARA QUTUSU BARƏDƏ NƏLƏRİ BİLMƏLİYİK?

Qara qutu düşünüləndən fəqli olaraq qara deyil, parlaq narıncı rəngdədir Müasir dövrdə səyahət insanların həyatında mühüm yer tutur. Təyyarə ilə səyahət etməyi sevənlər, bəs qara qutunun nə olduğunu heç bilirsinizmi ?

Qara qutu bütün hava nəqliyyatı vasitələrində istifadəsi zəruri olan qeydetmə cihazıdır. Uçuş ilə əlaqəli bütün bilgilər qara qutuda bəlli bir alqoritmlə qeyd edilir. Qutunun əsas funksiyası uçaq qəzalarının səbəblərinin ortaya çıxarıb araşdırmalar aparılmasına xidmət etməkdir. İlk dəfə bu cihazdan 1947-ci ildə istifadə olunub. 1958-ci ildən isə bütünlükdə hava sərnişin daşınmasında istifadəsi zəruri hala gətirilmişdir. Çəkisi 5 kq olan qara qutular 1100 dərəcə selsi istiliyə dək dözümlüdür. Depoladığı bilgiləri aylarla, bəzən illərlə qoruyub saxlaya bilir. Qəza zamanı qutu dəniz suyuyla təmas etdiyi andan siqnal yaymağa başlayır. Bu da qutunun axtarışlarının daha asan keçməsinə səbəb olur. Qara qutu köhnə prinsiplərə əsaslanan texnologilayalrla hazırlansa da günümüzdə də eyni prinsiplə çalışır. Uçağın son 25 saatdakı koordinatları ilə yanası son 2 saat ərzində pilot kabinəsindəki danışıqlarının səs yazısını belə özündə depolayır. . Qara qutu düşünüləndən fəqli olaraq qara deyil parlaq narıncı rəngdədir. Bu rəngdə olmasının səbəbi qəzadan sonra axtarılarkən daha tez nəzərə çarpa bilməsidir. Ən ekstrim vəziyyətlərə, toqquşmalara və yanğına davamlı olan qara qutu hava sektorunun ən özəl qurğularından biri hesab edilir. Qutular paslanmayan poladdan hazırlanır. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6–7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir. Bu Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və düşünün yenə də dinlənilmişdir. Qara qutular quraşdırıldıqları uçağın parametrlərinə görə siniflənir. Orta böyüklükdəki uçaqda qara qutu 88 parametri depolayır. Sərnişin təyyarələrinin qara qutusunda depolanan məlumatları silmək mümkün deyil. Hərbi uçaqlarda isə hərbi sirrin qorunması məqsədi ilə qutunun məlumatları silinə bilir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi. Sonralar isə bu qutular təyyarənin quyruq qisminə qoyulmağa başlandı. Əlbəttə, bu təyyarənin quyruq qismindəki oturacaqların daha etibarlı olduğu demək deyil, ancaq bu yer qutuların təyyarənin xarabalığından uzağa düşməsini təmin etməkdədir.