TƏYYARƏ QƏZASINDA HƏLAK OLANLARDAN 7 NƏFƏRİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞİB
Baxış sayı: 63
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi bilgi yayıb. Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.Qeyd edək ki, sağ qalan sərnişinlərdən 12 nəfəri isə bu gün ölkəyə gətirilir.Verilən bilgiyə görə, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir. Xatırladaq ki, təyyarə qəzasında 37 Azərbaycan vətəndaşı olub ki, onlardan da 23-ü həlak olub. Bu barədə Qazaxıstanın Baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında bilgi verilib. Qeyd edək ki, ekipaj heyətinin də hamısı Azərbaycan vətəndaşıdır.