İrəvandan Qarabağa göndərilən yük maşınları Azərbaycanla sərhədə çatıb.
Bu barədə Teleqram kanallarında bilgi yayılıb. Ermənilərin "səlahiyyətli" nümayəndəsi Vardan Sərkisyan Ermənistanın sərhəd-keçid məntəqəsindən buraxıldıqlarını, hazırda iki ölkənin sərhəd keçid məntəqələri arasında gözlədiklərini bildirib. "Rusiya sülhməramlıları ilə əlaqə yaratmışıq. Cavab gözləyirik. Prosesə əlavə təsirlərin olduğunu nəzərə alsaq, bir qədər səbirli olmalıyıq. Cavab gələnə qədər yük maşınları sərhəddə gözləyəcək", - V.Sərkisyan deyib.Qeyd edək ki, İrəvandan Xankəndiyə 19 yük maşınından ibarət yardım karvanı göndərilib.