Avqustun 15-dən ADPU-in Quba filalının tələbəsi adını qazanan abituriyentlərin qeydiyyatı davam edir. Universitetin Quba filalını seçən abituriyentlərin əksəriyyətini şimal bölgəsindən olanlar təşkil edir.
Yüksək bal toplayaraq tələbə adını qazananlar bu universitetə üstünlük vermələrinin səbəbini son illlərdə Universitetin qazandığı uğurlar, burda təhsil səviyyəsinin yüksək olması olduğunu bildirdilər.
ADPU-in Quba filialının Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva bildirdi ki, bu il Universitetin Quba filalına üstünlük verən gənclər çox olub.
Onu da qeyd edək ki, tələbələrin qeydiyyatı avqustun 27-ə kimi davam edəcək.