Yararsız vəziyətdə olan velosipedlərdən nə hazırlamaq olar? Bəzən ekstrim, bəzən də sağlamlığımız üçün önəmli vasitələrdən biri də velosipedlərdir. Maşınlar ixtira olunana qədər əsas nəqliyyat vasitəsi kimi velosipedlərdən istifadə olunurdu.Yararsız vəziyətdə olan velosipedlər bəs necə?
Onları yararsız deyib atmalıyıqmı yoxsa onlardan daha başqa nə isə hazırlamaq olar? Daha ətraflı növbəti yeniliyimizdə. Sent-Luisin köhnə YUNESKO tərəfindən qorunan bir müstəmləkə şəhərində, Seneqalın velosiped mühəndisi Meissa Fall, tərk edilmiş velosipeddən fərqli yollarla heykəllər hazırlayır. Uşaqlığından bəri velosipedə həvəsi olan Fallun bu həvəsi onu "velosiped sənətçisi"-nə çevirdi. Velosipedlərə baxarkən xəyalinda canlandırıdığı formaları görən Fall deyirki: "Xəyal gücümə görə onları quşlara, insanlara və ya başqa bir şeyə bənzədə bilərəm,çünki velosipedlər insan və heyvan şəklində ola bilər və bunu beynimdə dəyişmək çətin deyil." Tərk edilmiş velosipedləri sənət əsərinə çevirən Fall köhnə müstəmləkə şəhərinin görünüşünü dəyişərək gələcəyə bir miras buraxmaq istəyir.